Məhkəmənin bu qərarı bizim üçün təhqir kimi səslənir – Korsikalılar Fransa hakimiyyətinə etiraz edirlər

Bakı. Trend:

9 mart tarixində Bastia inzibati məhkəməsi Korsika
Assambleyasında müzakirələr zamanı korsika dilinin istifadəsini
qadağan edən qərar çıxararaq, bunun Konstitusiyaya zidd olduğunu
hesab edib. Adanın muxtar siyasət tərəfdarları bu qərara münasibət
bildirərək, onun “Utanc verici qərar”, “təhqir” olduğunu
bildiriblər.

Fransız xəbər saytı olan “La Croix” bununla əlaqədar dərc etdiyi
məqaləsində bildirir ki, martın 9-da qəbul edilən və martın 10-da
ictimaiyyətə açıqlanan məhkəmə qərarı xatırladır ki, “4 oktyabr
1958-ci il Konstitusiyasının 2-ci maddəsi”nə əsasən, “hüquqi
şəxslər və dövlət xidməti missiyasının həyata keçirilməsində
iştirak edən şəxslər fransız dilindən istifadə etmək öhdəliyi
daşıyır”.

Beləliklə məhkəmənin qərarında qeyd edilib ki, “Korsika İcraiyyə
Şurasının daxili reqlamentinin 16-cı maddəsi, eləcə də Korsika
Assambleyasının daxili reqlamentinin 1-ci maddəsi“, “korsika
dilinin debatların dillərindən biri olduğunu” nəzərdə tutaraq,
“Konstitusiyanın 2-ci maddəsinin müddəalarına məhəl qoymur“.

Məhkəmə beləliklə, Korsika prefektinin hər iki regional orqanın
daxili qaydalarını təsdiqləyən müzakirələrin ləğv edilməsini tələb
etmək üçün 15 iyun 2022-ci il və 27 yanvar 2023-cü il tarixlərində
ünvanlanmış şikayətləri əsaslı qəbul edib (yəni təsdiqləyib).

Dildən başqa, Korsika prefekti əsaslandırıb ki, “Korsika
xalqının varlığını qurban verən” bu daxili qaydalar faktı həmçinin
Konstitusiyaya da məhəl qoymur.

“Bu qərar Korsikanın seçilmiş nümayəndələrini (millət
vəkillərini) Korsika Assambleyasında, Korsika İcraiyyə Şurasında və
ictimai həyat fəaliyyətlərindəki müzakirələr zamanı öz dillərində
danışmaq hüququndan məhrum etmək deməkdir”, -deyə, İcraiyyə
Şurasının muxtar prezidenti Jil Simeoni və Korsika Assambleyasının
muxtar rəhbəri Mari-Antuanet Mopertui birgə bəyanatlarında təəssüf
hissi ilə bildiriblər.

Onlar əlavə ediblər ki, “biz bu vəziyyətlə razılaşa bilmərik” və
bildiriblər ki, bu qərara qarşı etirazlarını ifadə etmək üçün
appelyasiyaya müraciət ediblər.

“Məhkəmənin bu qərarı və onun əsaslandırılması yalnız
konstitusiyaya Korsika dilinin həm rəsmilik statusunu təmin
olunması üçün yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir.
Bu korsika dilinin yaşadılması və inkişafı üçün çox mühüm şərtdir”,
– deyə onlar bəyanatlarında vurğulayıblar.

Bununla yanaşı, müstəqillik tərəfdarı olan “Core in Fronte”
partiyası Tvitter hesabında məhkəmənin bu qərarını qınayıb və
korsika dilində bunu “rüsvayçılıq” adlandırıb. “Bu, Korsika
seçiciləri ilə Fransa hökuməti arasında dialoqa ehtiyac olduğunu
göstərir ki, bu da əsl siyasi danışıqlar deməkdir. Korsika dili
yaşayır, bu Korsika xalqının və onların yurdunun dilidir”, -deyə
partiya Tvitterdəki paylaşımında bildirib.

Məhkəmənin bu qərarı “bizim üçün təhqir kimi səslənir”, – deyə
Korsika Milləti muxtar partiyasının rəhbəri Jan-Kristof Anjelini
Tvitter hesabında münasibət bildirib. “Bu, ədalətsizlik və
rüsvayçılıqdır. Biz bunu başa düşmürük” deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir