Makronun korsikalılara qarşı gizli müharibəsi

Bakı. Trend:

Fransa hakimiyyəti uzun müddətdir Azərbaycana qarşı qərəzli
mövqe nümayiş etdirir. Senat və Milli Assambleyası dəfələrlə
ölkəmizin əleyhinə qətnamələr qəbul edib. Həmçinin Avropa
Parlamentində Azərbaycana qarşı qəbul olunan qətnamələrin əsas
təşəbbüskarı fransız deputatlar olur. Bundan başqa, başda Fransa
prezidenti Emmanuel Makron olmaqla, ölkənin digər siyasətçiləri
Bakıya qarşı sərt fikirlər səsləndirirlər. Ölkə mediası isə
vaxtarışı olaraq, Markon hakimiyyətinin sifarişi ilə Azərbaycan
əleyhinə silsilə yazılar dərc etməklə gündəmə gəlirlər. Fransanın
dövlət qurumları öz vətəndaşlarından çox, ermənilərin təmsilçisi
rolunda çıxış edirlər.

Həm Fransa rəsmilləri, həm qanunverici orqan, həm də media
Makronun göndərdiyi tezislər əsasında Azərbaycanın erməni xalqı və
erməni dilinə hörmətsizlik etdiyini, Qarabağ ermənilərinin
hüquqlarını təmin etmədiyini bəyan edirlər. Elə təsəvvür yaradırlar
ki, guya Azərbaycan Qarabağ ermənilərinə qarşı “soyqırımı” həyata
keçirib və ya təşkil etməyi planlaşdırır. Amma bir dənə də olsun
fakt göstərmirlər.

Bakının əksinə olaraq, Paris hazırda qeyri-döyüş şəraitində bir
xalqın mədəniyyətini və dilini tarixdən silməklə məşğuldur.

Məlumdur ki, ötən gün Korsika Məhkəməsi Fransa adasındakı dövlət
müəssisələrində korsika dilinin istifadəsini qadağan edib. Bundan
sonra Korsika Assambleyasında debatlar zamanı bu dildən istifadə
olunmayacaq. Səbəb kimi Korsika dilindən istifadənin Fransa
Konstitusiyanın 2-ci maddəsinə zidd olması göstərilir. Fransa
hakimiyyətinin bu qərarı Parislə Korsikada müstəqillik tərəfdarı
olan qüvvələrin münasibətini daha da kəskinləşdirib.

Həm yerli əhali, həm də Korsikanın nüfuzlu siyasətçiləri adada
yalnız fransız dilinin istifadə olunması ilə bağlı qərara etiraz
edirlər. Onlar bəyan edirlər ki, mərkəzi hakimiyyətin belə bir
qərar verməsi ayrı-seçkilikdir və beynəlxalq qanunların
pozulmasıdır. Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan
edib ki, Korsika həmişə Parisə tabe olmalıdır, müstəqillikdən
söhbət gedə bilməz.

Göründüyü kimi, Fransada korsikalılara qarşı etnik və mədəni
terror dövlət səviyyəsində həyata keçirilir. Markon korsikalılara
elan olunmamış müharibəyə başlayıb. Rəsmi Paris ölkə daxilində
korsikalıların hüquqlarını heç sayır. Amma Fransadan minlərlə
kilometr uzaqda yerləşən Azərbaycanın daxili işlərinə qarışır.
Ölkənin daxildə 150 min nəfərdən çox insanın danışdığı dili qadağan
edən Fransa hakimiyyəti dünyaya hansı dəyərini nümunə göstərə
bilər?

Təbii ki, heç bir dəyərini…

Çünki Fransa beynəlxalq konvensiyaları pozaraq, korsikalıların
hüquqlarını məhdudlaşdırır, hətta onları dilini qadağan edir.
Parisin belə qeyri-demokratik davranışlarının əksinə olaraq,
Azərbaycan ölkə sərhədləri daxilində yaşayan bütün xalqlara eyni
münasibəti göstərir. Onları mədəni və öz dilində danışmaq hüququna
hörmətlə yanaşır. Hətta Azərbaycan 44 günlük Vətən Müharibəsində
elə bir hərbi əməliyyat keçirdi ki, bir nəfər də olsun, siravi
erməninin burnu belə qanamadı. Bütün bunlar göstərir ki, Fransa
etnik qrupların hüquqlarını təmin edilməsi məsələsində
Azərbaycandan çox şey öyrənməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir