Manaf Ağayevin oğlu həbs edilib
Bakı. Trend:
Manaf Ağayevin oğlu Müşviq Ağayev həbs edilib.
Trend-in məlumatına görə, o, idarəetməsində olan retro
avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin
əməkdaşları tərəfindən saxlanılıb.
Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş
halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol
polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul
xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi
polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli
sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri
seçilib.