Pedaqoji diplom almış məzun işə qəbulda minimal bal toplaya bilmir – Emin Əmrullayev

Bakı. Trend:

Pedaqoji diplom almış məzun bizim müəllimlərin işə qəbul
imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona
niyə vermişik?

Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin
Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə
bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

“Biz vətəndaşa havayı diplom verəndə axırı yaxşı qurtarmır. O
vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s.
Nə vaxtsa, ona yox deməliyik. Biz cəmiyyət olaraq bunun qarşısında
dayanmalıyıq, deməliyik ki, sən diplomun standartlarına cavab
vermirsən”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir