Prezident İlham Əliyev: İndi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir

Bakı. Trend:

Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi
artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox
şaxələndirilməsi üzərində işləməkdir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi
qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ də əsasən neft
və qazı ixrac edirik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir