Qəbələdə meşə ərazisində yanğın baş verib

Bakı. Trend:

Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə
ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə
İbrahimova bildirib ki, ilkin ehtimala görə, yanğın sözügedən
kənddə vətəndaşın bağ sahəsində xəzəllərin yandırılması nəticəsində
başlayıb, sonradan meşə ərazisinə keçib.

“Hazırda ETSN-nin yerli qurumları, FHN -in Dövlət Yanğından
Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və
digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində
tədbirlər görülür”.

İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün
vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla
ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan
çəkinməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir