“Qərb cəbhəsində sakitlikdir” filmi “ən yaxşı xarici film” adına layiq görülüb

Bakı. Trend:

Alman rejissoru Edvard Berqerin “Qərb cəbhəsində sakitlikdir”
(Im Westen nichts Neues, 2022) filmi “Ən yaxşı xarici film”
nominasiyasında “Oskar” mükafatını qazandı.

Trend-in
məlumatına görə, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri
Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

Almaniya-ABŞ-Böyük Britaniya birgə istehsalı olan film Erix
Mariya Remarkın (1898-1970) eyni adlı anti-müharibə romanı əsasında
çəkilib, burada o, Birinci Dünya Müharibəsinin dəhşətlərini 19
yaşlı Paul Boymerin nöqteyi-nəzərindən təsvir edir. Film həm də ən
yaxşı operator işinə görə “Oskar” qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir