Rusiya və İran XİN rəhbərləri əməkdaşlığı müzakirə ediblər

Bakı. Trend:

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn
Əmir Abdullahian arasında bazar ertəsi telefon danışığı baş
tutub.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat
xidmətindən bildirilib.

“İkitərəfli gündəlikdə duran bir sıra məsələlər müzakirə edilib.
Tərəflər Rusiya-İran çoxşaxəli əməkdaşlığının inkişafında müsbət
dinamikanın gücləndiyini qeyd ediblər. Ölkələrimizə qarşı
qeyri-qanuni birtərəfli sanksiyalara baxmayaraq, ticarətin rekord
səviyyədə olmasından məmnunluq ifadə olunub.

XİN rəhbərləri aktual regional və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıblar. Yaxın koordinasiyanın davam
etdirilməsində, o cümlədən iki nazir arasında gözlənilən görüşlər
çərçivəsində qarşılıqlı maraq təsdiq edilib”, – deyə mətbuat
xidmətindən bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, telefon danışığı
İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir