Saatlı rayonunda asayiş pozan bir qrup şəxs saxlanılıb – DİN

Bakı. Trend:

Saatlı rayonunda suyun kəsilməsinə etiraz edən bir qrup şəxs
saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, bu gün saat 14
radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin
bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək
məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər.

Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra
Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar.
Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup
şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin
pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar
saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Hazırda araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir