
Şimali Koreya şərq sahilindən sinaq raket buraxılışı həyta keçirib
Bakı. Trend:
Şimali Koreya hakimiyyəti sinaq raket buraxılışı həyata
keçiriblər.
Trend-in məlumatına görə, bu barədə “Yonhap” agentliyi Cənubi
Koreya ordusuna istinadən xəbər verib.
Məlumata əsasən, raket Şimali Koreyanın şərq sahilində yerləşən
Sinpo şəhəri yaxınlığında buraxılıb.
Atılan raketin növü hələ müəyyən edilməyib.
Agentlik xatırladıb ki, sınaq buraxılışı ABŞ və Cənubi Koreyanın
“Freedom Shield” adlı birgə hərbi təlimləri ərəfəsində baş
tutub.