
Son iki ayda DSMF-nin xərcləri 13 faiz və ya 114 mln. manat çox olub
Bakı. Trend:
Sosial sığorta daxilolmaları proqnoza nisbətən 11
faiz və ya 76 mln. manat artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 2 ayında
proqnozla müqayisədə 8,2 faiz və ya 75,1 mln. manat çox olmaqla
993,5 mln. manat təşkil edib.
Nazirlikdən Trend-ə verilən
məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial
sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar
yanvar-fevral aylarında proqnoza nisbətən 11 faiz və ya 76 mln.
manat artaraq 747,3 mln. manat olub.
Son 2 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə
nisbətən 13 faiz və ya 114 mln. manat artaraq 993 mln. manata
çatıb.