Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir
pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun
sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük
xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə
səfərə gələn Tacikistan Respublikası Gömrük Xidmətinin rəisi Xurşed
Karimzoda və Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə
Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov ilə
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı
Şahin Bağırov arasında martın 13-də görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə,
görüşlərdə ölkələrimiz arasındakı mövcud əlaqələrdən, xüsusilə
gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və
şaxələndirilməsindən söz açılıb. Transxəzər Beynəlxalq “Şərq-Qərb”
Orta Dəhlizi boyu tranzit prosedurlarının sadələşdirilməsinin
əhəmiyyəti və vacibliyi vurğulanıb, həmçinin Transxəzər Rəqəmsal
Tranzit Portalının yaradılması istiqamətində görülən işlərdən,
portalın mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin
sürətləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi, vaxta və
vəsaitə qənaət edilməsi baxımından əhəmiyyətindən danışılıb. O da
qeyd olunub ki, rəqəmsal həllər əsasında gömrük prosedurlarının
sadələşdirilməsi Orta Dəhlizin cəlbediciliyinin artırılmasına
şərait yaradacaq ki, bu da region ölkələrinin ixrac potensialının
yüksəldilməsinə, iqtisadi əlaqələrin daha da gücləndirilməsinə
təkan verəcək.

Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir