
TAP 2023-cü ildə də qabaqcıl göstəriciləri qoruyub saxlayacaq- İcraçı direktor
Bakı. Trend:
“Trans-Adriatik Boru Kəməri (TAP) Bolqarıstanda qaza tələbatın
təqribən 30 faizini, Yunanıstanda 20 faizini, İtaliyada isə 10
faizdən çoxunu qarşılayır”, – TAP-ın icraçı direktoru Luka
Skyepatti Trend-ə müsahibəsində deyib.
“2023-cü ildə ötən illərdə əldə etdiyimiz yüksək göstəriciləri
qoruyub saxlamağı planlaşdırırıq. Təkcə 2022-ci ildə təqribən 11,5
milyard kubmetr qaz nəql etmişik, bunun təqribən 10 milyard
kubmetri İtaliyanın payına düşüb ki, bu da əvvəlki illə müqayisədə
3 milyard kubmetr artıqdır. Bundan bir neçə gün əvvəl biz boru
kəməri istismara verildikdən etibarən İtaliya, Yunanıstan və
Bolqarıstana nəql edilmiş 20 milyard kubmetr qazla hədəfi
keçmişik”, – o deyib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP
vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və
Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql
olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi
vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə
öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada
təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla
Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
Twitter: @Lyaman_Zeyn