Tarif Şurasına müraciət edilməyib – “Azərsu”
Bakı. Trend:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən
içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin
tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif
(qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə
tutulmur.
Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması
xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət)
Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə
tənzimlənir.