Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin Malatya vilayətində 4,7 bal gücündə zəlzələ baş
verib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Təbii
Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Pütürge rayonunda qeydə
alınıb. Zəlzələnin ocağı 10,02 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir