Türkiyənin Malatya vilayətində daha bir zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş
verib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Təbii
Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Pütürge vilayətində qeydə
alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir