175 avtobusun hərəkətində gecikmə yaranıb

Bakı. Trend:

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan
məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan
nəqliyyat sıxlıqları səbəbindən 50 müntəzəm marşrut xətti üzrə 175
avtobusun hərəkət intervalında gecikmələr var.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata
görə, gecikmələr əsasən aşağıdakı istiqamətlər üzrə müşahidə
olunur:

1. Bakı-Sumqayıt şosesi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi –
Moskva prospekti – 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14,
18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası 14-15 dəqiqə gecikmə
müşahidə olunur.

2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən
Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən
7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211
nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə
6-7 dəqiqədir.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə
kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk
prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər
olan hissə – köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni
zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli
müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-14
dəqiqə gecikmə müşahidə olunur.

4. Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi
prospekti və Koroğlu Rəhimov küç) sıxlıq. Bu səbəbdən də həmin
ərazidən keçən 6, 13, 61, 83 N-li müntəzəm marşrut xətlərindəki
avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə
olunur.

5. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də
həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 10-11 dəqiqə
gecikmə müşahidə olunur.

6. Abdulvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti
istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə
gecikmə müşahidə olunur.

7. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2,
13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.

8. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü,
Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin
ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki
avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə
olunur.

9. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi, Parlament prospekti
istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut
xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə
müşahidə olunur.

10. Afiyəddin Cəlilov küçəsi– Yusif Səfərov küçələrinin
kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm
marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə
gecikmə müşahidə olunur.

11. Xocalı pr – Yusif Səfərov küçəsi Heydər Əliyev pr
istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və
E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6
dəqiqəyə gecikmə müşahidə olunur.

12. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi,
Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və
127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda
15-16 dəqiqə gecikmə müşahidə olunur

13. Babək prospekti – şəhər istiqamətində. Bu səbəbdən də həmin
ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.

14. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində
sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11,
199 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası
intervallarda 11-12 dəqiqə gecikmə müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir