88 yaşını qeyd edən Şamil Süleymanov Yazıçılar Birliyinə üzv seçilib

Bakı. Trend:

Azərbaycan Təhlükəsizlik orqanlarının veteranı, Alyans
Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai
Birliyinin fəxri sədri Şamil Süleymanovun 88 yaşı tamam olur.

Trend xəbər verir ki, eyni zamanda, bu günlərdə Şamil Süleymanov
Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.

Bununla bağlı keçirilən tədbirdə, Alyans Azərbaycan Xüsusi
Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri Fəxri
Abbasov Şamil Süleymanovu təbrik edib, fəaliyyətində yeni uğurlar
arzulayıb.

“Şamil Süleymanov Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları
Veteranlarının İctimai Birliyinin uzun illər sədri olub. Biz qərara
gəldik ki, onun ad günündə toplaşaq, ona öz səmimi ürək
sözlərimizi, təbriklərimizi çatdıraq. Bu günlərdə isə Yazıçılar
Birliyindən xəbər gəldi ki, Şamil müəllim birliyə üzv seçilib. Bu
xəbər hər birimizi sevindirdi”, – deyə F.Abbasov qeyd edib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı
Çingiz Abduallayev də Şamil Süleymanovu təbrik edərək üzvlük
vəsiqəsini təqdim edib.

Tədbirdə xüsusi xidmət orqanlarının veteranları çıxış edib,
Şamil Süleymanova təbriklərini çatdırıblar.

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik
Əli Nağıyevin Şamil Süleymanova təbiriki oxunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir