ABŞ-nin Avropa Komandanlığının briqada generalı Azərbaycana gəlib

Bakı. Trend:

14-16 mart tarixlərində ABŞ-ın Avropa Komandanlığının
planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada
generalı Edvard Voqan Azərbaycana gəlib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı
səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, Bakıya səfəri çərçivəsində briqada generalı
Voqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan
Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

“Briqada generalı Voqan ABŞ-Azərbaycan təhlükəsizlik
tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə
edəcək”, – deyə əlavə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir