AccessBank-la 11%-dək qazanmaq imkanı
Bakı. Trend:
AccessBank yeni depozit kampaniyasına start verib. Kampaniya
ərzində bankda manatla yeni depozit yerləşdirən müştərilər illik
11%-dək gəlir əldə edəcəklər.
Müddətli depozit ilə 50 manatdan başlayan istənilən məbləği 6
aydan 24 ayadək müddətə banka yerləşdirmək olar. Üstəlik, faizləri
həm hər ay, həm də müddətin sonunda əldə etmək mümkündür.
AccessBank-a depozit yerləşdirməyin
üstünlükləri:
- Tamamilə beynəlxalq səhmdarlara malik bankın
müştərisi olursunuz. - Sərfəli depozit faizi əldə edirsiniz.
- Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu
tərəfindən qorunur.
Müddətli əmanət haqqında ətraflı məlumat:
Müddətli
depozit | 11% – dək Qazanc | Onlayn sifariş et
(accessbank.az)
Təklif olunan depozit haqqında məlumat əldə etmək üçün
AccessBank-ın 151 Əlaqə mərkəzinə zəng etmək və ya bankın
filiallarına yaxınlaşmaq olar.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq,
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın
səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə
təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda,
16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə
mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az
saytına, və ya bankın sosial şəbəkələrdə
(Facebook,
Instagram,
LinkedIn)
hesablarına daxil olmaq olar.