Argentinada 5,2 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Argentinada 5,2 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat
yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Tinoqasta
şəhərindən 12 kilometr cənubda, ocağı isə 137 kilometr dərinlikdə
yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat
verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir