AUKUS Avstraliyanı nüvə sualtı qayıqları ilə təmin etməyi planlaşdırır

Bakı. Trend:

Avstraliya, Böyük Britaniya və ABŞ-ın Təhlükəsizlik Alyansı
(AUKUS) bazar ertəsi Kanberranı nüvə silahı olmayan nüvə sualtı
qayıqlar və onların istehsalı üzrə texnologiya ilə təmin etmək üçün
3 mərhələli planı açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının
yüksək vəzifəli nümayəndəsi bu razılaşmalarla bağlı jurnalistlər
üçün xüsusi brifinqdə deyib.

“Biz Avstraliyanı nüvə silahı ilə təmin edilməmiş nüvə sualtı
qayıqları ilə təmin etməyin ən yaxşı yolunu müəyyən etdik. Bu, 3
mərhələli bir yanaşmadır ki, Avstraliyanı bu potensial ilə
düşündüyümüzdən daha sürətli təmin edəcək”, – deyə nümayəndə
bildirib.

O vurğulayıb ki, yeni plana əsasən hər 3 ölkə öz sualtı
qayıqlarının istehsal səviyyəsini və keyfiyyətini artıracaq.

“Bu, praktiki olaraq presedenti olmayan qabaqcıl texnoloji
əməkdaşlıqdır”,- deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir