
Azərbaycan nefti ucuzlaşıb
Bakı. Trend:
Martın 13-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə
Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti
1,19 dollar ucuzlaşaraq 83,6 dollar olub.
Trend bu
barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər
verir.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light”
markalı neftin bir barelinin qiyməti 1,18 dollar ucuzlaşaraq 81,86
dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından
Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir
barelinin qiyməti əvvəlki göstəricidən 0,7 dollar ucuzlaşaraq 46,64
dollar olub.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
bir barelinin qiyməti martın 13-də 1,22 dollar ucuzlaşaraq 81,18
dollar olub.