Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub

Bakı. Trend:

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum
olub.

Bu barədə Trend-ə
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq
məhsullarından daha çox bahalaşma yulaf yarmasının, düyünün,
vaflinin, peçenyenin, mal və qoyun ətinin, balıq konservlərinin,
sterilizə olunmuş üzlü südün, yoqurtun, pendirin, zeytun yağının,
naringinin, narın, almanın, bananın, soğanın, kartofun, kələmin,
xiyarın, pomidorun, şəkərin, konfetlərin, çayın, kola içkisinin,
meyvə şirəsinin, arağın qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, günəbaxan
və qarğıdalı yağlarının, mərcinin qiymətlərində müşahidə
olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir