
“AzerGold” QSC 2022-ci ildə hasilatı artırıb
Bakı. Trend:
“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından
istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat
proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam
etdirib. Məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat
göstəriciləri 62.1 min unsiya qızıl, 223.1
min unsiya gümüşə çatdırılıb.
Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı
524 unsiya (0.9%), gümüşdə 88.6 min unsiya
(65.9%) çox olub. 2017 – 2022-ci illər üzrə cəmi göstərici
isə 318 min unsiya qızıl və 711
min unsiya gümüş təşkil edib.
2023-cü ildə isə 62.5 min unsiya qızıl,
108.3 min unsiya gümüşün hasil edilməsi hədəf
olaraq müəyyən edilib.