
Bakıda Azərbaycan və Qazaxıstan mədəniyyəti haqqında filmin premyerası olub
Bakı. Trend:
Qazaxıstan səfirliyində Azərbaycan və Qazaxıstanın ümumi
mədəniyyətinin mənbələrinə həsr olunmuş “Bir bütünün iki yarısı”
filmi nümayiş olunub.
Trend-in məlumatına görə, filmin nümayişi Qazaxıstanın
Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub və qarşıdakı
parlament və maslihat seçkiləri ilə əlaqədar qəbul çərçivəsində
keçirilib.
Filmin müəllifləri əsas diqqəti iki ölkənin mütəfəkkir, şair və
yazıçılarının qarşılıqlı təsirinə yönəldiblər. Filmdə əməkdaşlığın
müasir dövrü əks olunub, həmçinin, diplomatik əlaqələr, habelə,
ölkələr və onların liderləri arasında mövcud olan etibarlı əlaqələr
mövzusuna toxunulur.
Bundan başqa, filmin müəllifləri Azərbaycanın işğaldan azad
olunmuş ərazilərinin bərpası mövzusuna da toxunaraq Qarabağın
bərpası üzrə işlərin sürətini və miqyasını qeyd ediblər.