Bakıdakı bir neçə məşhur şadlıq sarayları cərimələndi

Bakı. Trend:

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri,
şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər
zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun
fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində
qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Trend-ə verilən
məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya
vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət
göstərən “Romance Palace”, “Grace Hall”, “Meridian”, “Grand Neon”
və “Sapfir” şadlıq saraylarından havaya atılan tullantıların
miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı
şadlıq saraylarının sahibləri barəsində protokol tərtib olunub və
onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoran və şadlıq
saraylarının sahiblərini havanı çirkləndirməməyə, obyektlərindəki
təmizləyici qurğuların texniki göstəricilərinin normalara
uyğunluğunu təmin etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir