“Bank Respublika”nın Neftçilər filialı yeni konseptdə və yeni ünvanda (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, filial
şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin
edilməsi məqsədilə xidmət nöqtələrinin müasirləşdirilməsini davam
etdirir.

Bank, “İlaxır çərşənbə” günü “Neftçilər” filialını yeni ünvanda
müştərilərin ixtiyarına verib. Belə ki, Bankın “Neftçilər” filialı,
bundan belə, Bakı şəhəri, Q.Qarayev prospekti, 51/57
ünvanında
yerləşən daha geniş və müasir standartlara cavab
verən yeni ofisdə müştərilərə xidmət göstərəcək. Geniş ərazidə
yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş
filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait
yaradılıb.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi yeni filialın
açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin
istifadəsinə verib. Qeyd edilib ki, Bankın strateji inkişaf
proqramında həm yeni filialların açılışına, həm də mövcud olan
filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını
əhatə edən 32 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin
genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə
yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi
planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir