Bizim üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə sülh yolu ilə həllini tapsın – Almaniya Kansleri

Bakı. Trend:

Bizim üçün (Almaniya üçün-red.) vacibdir ki, Azərbaycan və
Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu
ilə həllini tapsın. Açığını deyək ki, Almaniya
Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma
görə bir az narahatdır.

Trend xəbər verir ki, bu fikirləri Almaniya Kansleri Olaf Şolts
Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata
bəyanatında söyləyib.

Almaniya kansleri deyib: “Bizim arzumuz budur ki, bu münaqişə
qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini
tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəyi nəzərdə
tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü
təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan
hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun
olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə
hazırdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir