
BMT-nin rezident əlaqələndiricisi Azərbaycanda bu il üçün nəzərdə tutulan tədbirlər planından danışıb
Bakı. Trend:
2022-ci ildə BMT Azərbaycanda 32,7 milyon dollar dəyərində 173
tədbir keçirib.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Vladanka Andreyeva “2021-2025-ci illər
üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa
dair Çərçivə Sənədi”nin icrası üzrə İstiqamətləndirici Komitənin
bugünkü iclasında deyib.
“Biz bu il 131 tədbirin keçirilməsi üçün 37 milyon dollar cəlb
etməyi planlaşdırırıq. Bu tədbirlər xüsusən Azərbaycanın
bölgələrini, o cümlədən işğaldan azad olunmuş əraziləri əhatə
edəcək”, – o deyib.
V.Andreyeva Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin əldə
olunması üzrə təşəbbüslərin reallaşdırılması üçün çox əmək sərf
olunduğunu və BMT-nin ölkəni 2031-ci ilədək bu məqsədlərin əldə
olunmasında dəstəkləməyə davam edəcəyini deyib.