BMT və Azərbaycan dayanıqlı inkişaf layihəsi çərçivəsində sosial proqramlar həyata keçirir

Bakı. Trend:

“2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı
İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin
reallaşdırılmasının son mərhələləri sosial proqramları əhatə
edir.

Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini Anar Kərimov “2021-2025-ci illər üçün
BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair
Çərçivə Sənədi”nin icrası üzrə İstiqamətləndirici Komitənin bugünkü
iclasında deyib.

Onun sözlərinə görə, layihənin əsas prioritetlərini təhsil və
məşğulluq sahələri təşkil edir.

“Bu il layihənin reallaşdırılması prosesinin müzakirəsi üzrə 21
görüşün keçiriləcəyi gözlənilir”, – o deyib.

A.Kərimov layihənin həmçinin şəhərlər və rayonlar arasında əmək
haqlarının səviyyəsi, təhsil və digər göstəriciləri üzrə
bərabərliyin müəyyən olunmasına imkan yaradacağını deyib.

“Bildirmək istəyirəm ki, Azərbaycan artıq böyük nəticələr əldə
edib, ölkəmizin bu layihənin reallaşdırılması üzrə təcrübəsini
digər ölkələr öyrənməkdədirlər. BMT hətta qlobal tədbirlərdə bizim
“2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf
üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin reallaşdırılması üzrə
hesabatlarımızı nümunə olaraq göstərir”, – o əlavə edib.

Xəbər yenilənəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir