bp Bakı-Supsa boru kəmərinin işinin bərpa olunmasından danışıb

Bakı. Trend:

Bakı-Supsa boru kəməri işlək vəziyyətdədir, lakin işini bərpa
etmək üçün müraciət daxil olmalıdır.

Bu barədə Trend-in sualına cavab olaraq bp şirkətindən
bildiriblər.

“Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq
Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə daxil
olan neftin nəqli dayandırıldıqda Bakı-Supsa boru kəməri Azərbaycan
Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən iki tankerə yüklənmiş neftin
tədarükü üçün açıq idi. Bundan sonra müraciət daxil olmayıb. Mart
ayının sonunadək may ayı üçün tədarüklə bağlı müraciət daxil
olmasa, bu, Bakı-Supsa kəməri ilə aprel və may aylarında neft nəql
olunmayacağı deməkdir. Bakı-Supsa işlək vəziyyətdədir. Lakin onun
işini bərpa etmək üçün müraciətlər daxil olmalıdır. Ukraynada
müharibə başladıqdan sonra yükgöndərənlər öz tankerlərini Qara
dənizə göndərmək istəmirlər”, – şirkətdən bildiriblər.

Xəbər yenilənəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir