Britaniya səfiri Ağalıda şagirdlərlə görüşüb

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld işğaldan
azad olunmuş Zəngilan rayonun Ağalı kəndindəki məktəbdə şagirdlərlə
görüşüb.

Trend-in məlumatına görə, bu barədə səfir tvitter hesabında qeyd
edib.

“Səməninin yaşıl cücərtisi kimi bu kənd də dağıntılar dövründən
sonrakı həyatın ilk nişanələridir. Ağalıda uşaqlar Britaniya və
Azərbaycanın birgə səyləri nəticəsində yenidən təhlükəsiz şəraitdə
təhsil ala bilirlər”,- deyə bildirilib.

Xatırladaq ki, işğaldan azad olunan Zəngilan rayonunun Ağalı
kənd tam orta məktəbində 29 ildən sonra ötən ilin sentyabr ayında
ilk dəfə dərs başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir