Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları da Novruz bayramı ərəfəsində tam ödənəcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkənin digər
bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına
görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də
ödənilməsi nəzərdə tutulur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, novruz bayramı ilə
əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial
yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni
martın 17-də tam ödənilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi
istiqamətində hazırlıq işləri aparır.

Qeyd edək ki, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron
rayonu üzrə mart ayının pensiyaları artıq verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir