Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Bakı. Trend:

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində
Respublikanın müxtəlif rayonlarında ekoloji hüquqpozmalarla bağlı
araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, Qəbələ, Lerik və Zaqatala rayonu ərazisində ümumilikdə 111
ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 23
min manatdan çox ziyanın vurulmasına əsaslı şübhələr müəyyən
edilib.

Fakta görə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qulluq
mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1
(vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə
cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə
prokurorluq və daxili işlər orqanlarına göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir