Frank-Valter Ştaynmayer: Almaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Bakı. Trend:

Almaniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin
apardığı missiyaya dəstək verir və bu əsnada tezliklə Brüsseldə
görüşün keçiriləcəyinə ümid edir.

Trend xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter
Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə
görüşündə bildirib.

Almaniya Prezidenti əlavə edib ki, Şarl Mişelin missiyasına hər
iki tərəfin etimadı var. O, həmçinin vurğulayıb ki, Amerika
Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken də Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə
ciddi dəstək və töhfə verir.

Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir