
Gənc gimnastlarımız bu yarışlara səylə hazırlaşıblar – Natəvan Fərmanova
Bakı. Trend:
Yetirmələrim qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan
bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatına səylə hazırlaşıblar.
Bu barədə Trend-ə “Ocaq Sport” klubunun qadın i̇dman
gi̇mnasti̇kası üzrə məşqçisi Natəvan Fərmanova deyib.
“Yarışlarda altı yetirməm iştirak edir, onlara əhsən düşür,
yaxşı nəticə göstərmək üçün çox çalışıblar. Bu gün yarışların ilk
günüdür, artıq sabahkı çıxışa hazırlaşmaq lazımdır. İştirak
etdiyimiz Respublika çempionatları və birincilikləri ilə yanaşı,
bizdə həmçinin klub turnirləri keçirilir. Yarışlar nə qədər çox
olarsa, uşaqların təcrübəsi bir o qədər artır”, – o qeyd edib
Natəvan Fərmanovanın sözlərinə görə, uşaqlar arasında idman
gimnastikasın maraq çox böyükdür.
“Bizdə seksiyalara yığmalar keçirilir, uşaqların özlərini
göstərmələrinə imkan yaratmağa çalışırıq. Azərbaycan Gimnastika
Federasiyasına bölgələrdə çox yaxşı şəraitdə təlim-məşq
toplantıları keçirmək imkanı yaratdığına görə minnətdarlığımı
bildirirəm. Bu, idmançıların hazırlığında mühüm məqamdır”, – o
əlavə edib.
Qeyd edək ki, 14-16 mart tarixləri arasında Bakı şəhərində
yerləşən Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası
və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman
gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı
çempi̇onatı keçirilir.
Yarışlarda “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, Bakı
Gimnastika Məktəbi, “Qarabağ” İdman Klubu (Bərdə), 13 nörməli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbinin yetirmələri iştirak edirlər.
Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər,
balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş
kateqoriyasında yarışlarda çıxış edəcəklər.
Qadın idman gimnastikasının nümayəndələri uşaqlar, yeniyetmələr
və gənclər yaş kateqoriyasında medallar uğrunda mübarizə
aparacaqlar.
Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar,
uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında
qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları
proqramında çıxış edəcəklər.