İranda “Torpaq Çərşənbəsi”ndə xəsarət alanların sayı 1487 nəfərə yüksəlib

Bakı. Trend:

Bu gün saat 10:00-dan saat 22:00-dək İranda Torpaq Çərşənbəsi
ilə əlaqədar hadisələr nəticəsində xəsarət alanların sayı 1487
nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının
sədri Cəfər Miadfər deyib.

Onun sözlərinə görə, 21 fevraldan bu gün saat 22:00-dək xəsarət
alanların sayı 1860 nəfərdir. Ümumilikdə indiyədək 19 nəfər
ölüb.

Miadfər deyib ki, 287 nəfər xəstaxanalara yerləşdirilib, 126
nəfərin bədən üzvü amputasiya edilib, 546 nəfər gözündən, 479 nəfər
yanıq xəsarəti alıb.

İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən şənlik
tədbirləri keçirilir. Şənlik tədbirlərində təhlükəli pirotexniki və
partlayıcı vasitələrdən istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir