İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin
əməkdaşları tərəfindən 24 kiloqram 130 qram narkotik vasitənin
qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan
Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə DSX-dən məlumat verilib.

Mart ayının 13-də saat 21:55-də keçirilmiş sərhəd axtarışı və
əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman
kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində
dövlət sərhədini pozmağa cəhd edən Azərbaycan Respublikası
vətəndaşı Dadaşov Novruz İbrahim oğlu saxlanılıb.

Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 1 ədəd
bağlamada ümumi çəkisi 5 kiloqram 980 qram narkotik vasitə aşkar
olunaraq götürülüb.

Mart ayının 14-də saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin
Astara rayonunun Ərçivan kəndi yaxınlığında yerləşən sərhəd
zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum
şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilmib.

Aparılmış əməliyyat tədbirləri nəticəsində 99-DK-727 dövlət
nömrə nişanlı “Mitsubishi” markalı avtombillə ərazidən uzaqlaşmağa
cəhd edən Bakı şəhər sakinləri Həsənov Kamil İlyas oğlu və Mirzəyev
Novruz Tofiq oğlu saxlanılıblar.

Avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 18
kiloqram 150 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm
еtdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir