
Kahramanmaraşda 4,9 bal gücündə daha bir zəlzələ olub
Bakı. Trend:
Bu gün Türkiyənin Kahramanmaraş vilayətində daha bir zəlzələ baş
verib.
Trend xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ 4,9 bal gücündə olub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal
gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən
edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya,
Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş
vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələlər nəticəsində ölənlərin sayı 48 448-ə yüksəlib.