Məşhur gimnastların çıxışları bizləri yeni nailiyyətlərə ruhlandırır – Bakı çempi̇onatının iştirakçısı
Bakı. Trend:
Hər bir yarışla əminlik və təcrübə artır.
Bu barədə Trend-ə qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇
Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatının iştirakçısı,
“Ocaq Sport” klubunun yetirməsi Nuryana Əliyeva deyib.
“Birincliyə hazırlıq məhsuldar keçib. Artıq özümü daha əmin hiss
edirəm, əvvəlki yarışlarda güclü həyəcan keçirirdim. Hər bir
turnirlə əminlik və təcrübə artır, mən öz emosiyalarımı cilovlamağı
öyrənmişəm. Bugünkü çıxışdan sonra məşqçi məni təriflədi, sabah
daha iki alətlə proqramda çıxış etməliyəm və bu cür yaxşı çıxış edə
bilsəm, mükafat qazanacağıma ümid edə bilərəm”, – o deyib.
11 yaşlı idmançı 9-12 mart tarixlərində Bakı şəhərində Milli
Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə FIG Dünya
Kuboku yarışlarını izlədiyini əlavə edib. Onun sözlərinə görə,
məşhur gimnastların çıxışları onu yeni idman nailiyyətlərinə
ruhlandırıb.
Qeyd edək ki, 14-16 mart tarixləri arasında Bakı şəhərində
yerləşən Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası
və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman
gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı
çempi̇onatı keçirilir.
Yarışlarda “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, Bakı
Gimnastika Məktəbi, “Qarabağ” İdman Klubu (Bərdə), 13 nörməli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbinin yetirmələri iştirak edirlər.
Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər,
balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş
kateqoriyasında yarışlarda çıxış edəcəklər.
Qadın idman gimnastikasının nümayəndələri uşaqlar, yeniyetmələr
və gənclər yaş kateqoriyasında medallar uğrunda mübarizə
aparacaqlar.
Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar,
uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında
qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları
proqramında çıxış edəcəklər.