Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edəcək
Bakı. Trend:
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən
iclasında Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulması
müzakirə edilib.
Trend-in məlumatına görə, komitənin iclasında “Müstəqil
Dövlətlər Birliyin iştirakçısı olan dövlətlərin geodeziya,
xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi
sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr
tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq
edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Sazişin yerinə yetirilməsi ilə əlaqədar
Dövlətlərarası şura yaradılır və bu şura MDB-nin sahə əməkdaşlıq
orqanına çevrilir. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar
iclasına tövsiyə edilib.