
Milli Məclisdə pay torpaqları ilə bağlı məsələ qaldırılıb
Bakı. Trend:
İnsanların çoxu pay torpaqlarından istifadə edə bilmir. Ona görə
ki, bu torpaqlar pərakəndə şəkildə və səhv bölüşdürülüb.
Trend-in məlumatına görə, bunu deputat Cavanşir Paşazadə Milli
Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında
deyib.
O bildirib ki, bu problem insanların pay torpaqlarından istifadə
etməsinə maneçilik törədir.
Deputat qeyd edib ki, bu problemin həlli istiqamətində lazımı
tədbirlər görülməlidir ki, insanlar öz torpaqlarından istifadə edə
bilsin.
Deputat Aydın Hüseynov isə bildirib ki, 90-cı illərin
əvvəllərində pay torpaqları özəlləşdirilib. “İndi həmin vətəndaşlar
gəlib şəhərdə yaşayırlar. Heç onlar bilmir ki, pay torpaqları var.
Həmin şəxslər sosial müavinət və digər məsələlərlə bağlı müraciət
etdikdə məlum olur ki, onların adlarına pay torpaqları var”, – deyə
deputat bildirib.