Ötən sutka ölkə ərazisində 107 yanğına çıxış olub – FHN

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən ötən sutka ölkə ərazisində 107 yanğına çıxış
və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə
ərazisində 3-ü azyaşlı olmaqla 11 nəfər xilas edilib, yanğınlar
zamanı 6 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən
zəhərlənib. Həmçinin, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil
verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir