
Pandemiyasından sonra ÜST və dünya ölkələri arasında əməkdaşlıq yalnız inkişaf etdirilməlidir – Hande Harmancı
Bakı. Trend:
COVID-19 pandemiyasından sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
və dünya ölkələri arasında əməkdaşlıq yalnız inkişaf
etdirilməlidir.
Trend-in məlumatına görə, bu barədə ÜST-ün Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Hande Harmancı “2021-2025-ci illər üçün
BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair
Çərçivə Sənədi”nin icrası üzrə İstiqamətləndirici Komitənin bugünkü
iclasında deyib.
Onun sözlərinə görə, ÜST dayanıqlı inkişaf məqsədlərinin əldə
olunmasında böyük rol oynayır.
“Təşkilatımızın nazirliklər və dövlət strukturları ilə birgə
layihələri müsbət nəticələr verib və biz əminik ki, gələcəkdə də
əməkdaşlığın möhkəmləndirilməsi DİM-in əldə olunmasında və
bütünlükdə ölkənin inkişafında həlledici rol oynayacaq”, – o əlavə
edib.