
Prezident İlham Əliyev: Builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası var
Bakı. Trend:
İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin,
xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər
ehtiyacı olduğunu bir daha nümayiş etdirir.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin XXVI
Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində
deyilir.
Dövlətimizin başçısı vurğulayıb ki, bu baxımdan “Güvənsizliyi
bitir, işbirliyinə başla!” devizi altında keçirilən builki Avrasiya
İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası var.