
Prezident İlham Əliyev: Müharibə bitdikdən sonra ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb
Bakı. Trend:
Əsas perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30
il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad
edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda
Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri
ilə görüşdə deyib.
Dövlətimizin başçısı bildirib: “Biz “Böyük Qayıdış” adlanan
dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik
və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən
sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz
yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş
məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni
işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür”.