Prezident İlham Əliyev: Nə qədər çox interkonnektor olarsa, Avropa məkanına qaz ixracatı da bir o qədər genişləndirilə bilər
Bakı. Trend:
Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol
oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına
qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki,
uzunmüddətli kontraktlar imzalanmalıdır.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham
Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə
mətbuata bəyanatında söyləyib.
Avropada yaşıl keçidə meyillərin yüksək olduğunu qeyd edən
Azərbaycan Prezidenti bildirib: “Biz uzunmüddətli kontraktlarda
maraqlıyıq və ümid edirəm ki, bu məsələləri bir-birimizlə uzlaşdıra
bilərik”.