Prezident İlham Əliyev: Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlarımız var

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji
zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik
stansiyasının tikintisi üçün böyük potensial mövcuddur.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı
şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən
dövlətimizin başçısı deyib: “Ola bilsin, yaxın vaxtlarda 500
meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə
bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi
elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük
ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər
iki ölkədə elektrik enerjisinə artan tələbat var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir