
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Ümid qəsəbəsində səyyar qəbul keçirib (FOTO)
Bakı. Trend:
14 mart 2023-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılovun Ümid qəsəbə sakinləri ilə növbəti
səyyar görüşü keçirilib.
Qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak
ediblər.
Keçirilmiş səyyar qəbulda 50-ə yaxın qəsəbə sakinləri iştirak
etmişdir.
Sakinlərdən 14 nəfəri fərdi qaydada dinləyən Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin
həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq
tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll
edilmişdir.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam
etdirilir.